Kölə və əcəmilərə qarşı Müaviyənin alçaldıcı münasibəti Kölə və İslamı yeni qəbul edən əcəmilərə diqqət yetir, onlarla Səhhakın
oğlu kimi rəftar elə. Çünki alçaldılmaları və zəlil olmaları bundadır. Ərəblər on-
ların qadınları ilə evlənsinlər, amma öz qadınlarını onlara verməsinlər. Ərəblər
onlardan miras aparsınlar, amma onlara ərəblərdən miras verilməsin. Onların
ərzaqlarını və bəxşişlərini azalt, döyüşdə ordunun ön cərgələrinə yerləşdir, yol
açsınlar və ağacları kəssinlər. Heç bir əcəmi namazda ərəblərə pişnamazlıq
etməsin. Namaz sıralarında ərəblər var ikən onlardan heç biri (cərgələri dol-
durmaq istisna olmaqla) ön cərgələrdə dayanmasın. Müsəlmanların heç bir
sərhədini və şəhərini onlara etibar eləmə. Onlardan heç biri müsəlmanlar arasın-
dakı iddia və məhkəmələrdə məsuliyyətini üzərinə götürməsin. Səhhakın oğlu-
nun onlar haqqındakı rəftar tərzi budur. Allah Muhəmməd ümməti və xüsusilə
Üməyyə oğulları tərəfi ndən ona (Səhhakın oğluna) gözəl mükafat versin!