3. Müaviyə Şam əhlini Əffanın oğlunun qanının intiqamı üçün necə topladı Süleym deyir: “Müaviyə şamlı qariləri (Quran hafi zlərini) və hakimləri dəvət
etdi. Onlara bir miqdar pul verib Şamın qəsəbə və şəhərlərinə göndərdi. Onlar
da uydurma rəvayətləri nəql etdilər və batil əqidələrin təməllərini atdılar. Onlar
insanlara belə deyirdilər: «Əli Osmanı öldürdü və o ikisindən uzaq olduğunu bil-
dirir. Müaviyə isə Osmanın qanını tələb edir və Osmanın oğlu Aban və Osmanın
digər qohumları da onunla birlikdədirlər. Beləcə şamlılar Müaviyəyə meyl etdilər
və bütün Şam əhli bir sözdə birləşdilər”.
Müaviyə bu planını iyirmi il davam etdirdi və hakimiyyəti altında olan böl-
gə lərdə tətbiq elədi. Şamın zalımları və batil yardımçıları gəlib onun süfrəsinə
və şə rabına ortaq olana qədər beləcə davam etdi. Müaviyə onlara pul və mal ve-
rir, aralarında əraziləri paylaşdırır və onları yedirib içirirdi. Uşaqlar bu planlarla
böyüdülər və böyüklər də bu planlarla qocaldılar. Bədəvi çöl ərəbləri bu etiqadla
şəhərlərə köç dü lər. Şamlılar Şeytanı lənətləməyi tərk edib, Əliyə və Osmanın
qatillərinə lənət edir dilər. Ümmətin cahilləri, zəlalət imamlarına tabe olanlar və
atəşə dəvət edənlər bunun üzərində qərar tutdular. Allah bizə kifayət edər və O, nə
gözəl vəkildir. Əgər Allah istəsəydi, onların hamısını doğru yola hidayət edərdi.
Amma O, nəyi diləsə, onu da edər”.
1
“Kovsər” surəsi, ayə 3.
2
Belə bir sözü söyləmədiyini, Əmr ibn Asın növbəti yalanının olduğunu bildirir.