kəsikdir”. 1 Yəni iman və hər cür xeyir baxımından davamsızdır.
Bu ümmətin yalançılarından və münafi qlərindən nələr gördüm! Sanki
imanı zəif və çox çalışqan Quran oxuyanların Əmr ibn Asın “hədisini” nəql
etdiklərini və təsdiqlədiklərini görürəm. Biz Əhli-Beytin qarşısında onun ya-
lanlarını dəlil göstərirlər. Məgər biz bu ümmətin ən yaxşıları o ikisinin oldu-
gunu deyirik?!
2
Əgər istəsəm üçüncüsünün də adını çəkərəm. Allaha and olsun
ki, Aişə və atası haqqındakı sözlərilə Müaviyənin razılığını qazanmaq istəyib.
Onun razılığını Allahın qəzəbi qarşılığında qazanıb.
Onun məndən eşitdiyini iddia etdiyi hadisəyə gəlincə: Toxumu yaran və
məxluqları yaradana and olsun ki, xeyr! O, həqiqətən də bilir ki, mənə yalan isnad edə
bilməz. Uca Allah nə gizlində və nə də aşkarda məndən belə bir sözü eşitməmişdir.
İlahi, Sənin yolunu bağlamalarına, Kitabına və peyğəmbərinə yalan isnad
etmələrinə, Peyğəmbərini hörmətdən salmalarına, ona və mənə nisbət verdikləri
yalanlarına görə Əmr ibn Asa və Müaviyəyə lənət et!”