Ali-Muhammedin sirleri indd


Peyğəmbərin (s) mübarək çiynində



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə171/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   167   168   169   170   171   172   173   174   ...   410
Ali-Muhemmedin sirleri

Peyğəmbərin (s) mübarək çiynində
Bir gün Həsən və Hüseyn oynayırdılar. Peyğəmbər (s) onların yanlarından 
keçirdi. Onları qucaqladı və hərəsini bir çiyninə alıb gəzdirməyə başladı. Bu 


Ali-Muhəmmədin sirləri
127
vaxt bir kişi onlarla qarşılaşdı və dedi: “Sən nə gözəl miniksən!” Peyğəmbər 
(s) buyurdu: “Bu ikisi də nə gözəl minicilərdir! Bu iki balam mənim dünyadakı 
reyhanlarımdır (ətirli güllərimdir)”.
Peyğəmbərin (s) yanında güləşmələri
Onları Fatimənin (ə) evinə gətirdikdə dedi: “Bir-birinizlə güləşin!” Onlar 
güləşməyə başladılar. Peyğəmbər (s) “Haydı  Həsən! Haydı  Həsən!” deyirdi. 
Fatimə (ə) soruşdu: “Ya Peyğəmbər! Hüseyndən böyük olduğu halda “haydı 
Həsən” deyirsən?” Peyğəmbər (s) buyurdu: “Cəbrayıl da “Haydı Hüseyn” de-
yir”. Sonda Hüseyn Həsəni yerə yıxdı.
Peyğəmbər (s) onlara imam deyə müraciət edir
Bir gün Həsən (ə) və Hüseyn (ə) qarşıdan gələrkən Peyğəmbər (s) onla-
ra baxdı və dedi: “Allaha and olsun ki, bu ikisi Cənnət gənclərinin ağalarıdır, 
ataları isə onlardan daha xeyirlidir. Mənim nəzərimdə insanların ən yaxşısı, ən 
sevimlisi, ən hörmətlisi atanız və  sonra da ananızdır. Allahın nəzərində heç kim 
məndən və qardaşım, vəzirim, ümmətim arasında xəlifəm və məndən sonra hər 
bir möminin mövlası olan Əli ibn Əbu Talibdən üstün deyil. Bilin və agah olun 
ki, qardaşım, dostum, vəzirim, vəsim, məndən sonra xəlifəm və hər bir mömin 
kişi və qadının vəlisi Əli ibn Əbu Talibdir. O dünyadan köçdükdə yerinə oğlum 
Həsən keçəcək. O da vəfat etdikdə yerinə oğlum Hüseyn keçəcək. Daha sonra 
Hüseynin nəslindən onun ardınca doqquz imam gələcəkdir.
Onlar hidayət olmuş və hidayət edəndirlər. Onlar haqq ilə və haqq da onlarla-
dır. Qiyamət gününə qədər nə onlar haqdan, nə də haqq onlardan ayrılar! Yer üzü-
nü tutan onlardır, onlara xatir yer üzü sakitləşir. Onlar Allahın möhkəm ipi və qop-
mayan yapışmalı olduğunuz ipləridir. Allahın yer üzündəki höccətləri, məxluqları 
üzərində şahidləri, elminin xəzinədarları və hikmətinin mədənləridirlər.
Onlar Nuhun gəmisi kimidirlər. O gəmiyə minən xilas olar və onu tərk 
edən boğular. Onlar Bəni-İsrailin “Hittə” qapısına bənzəyirlər. O qapıdan girən 
mömin və çıxan isə kafi rdir. Allah kitabında onlara itaəti vacib etmiş və onların 
vilayətini əmr etmişdir. Onlara itaət edən Allaha itaət etmiş, onlara qarşı çıxan 
isə Allaha qarşı çıxmışdır”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin