126 Suleym ibn Qeys Hilali HƏDİS 21
Peyğəmbərin (s) Həsən (ə) və Hüseynə (ə) qarşı olan böyük sevgisi Peyğəmbərdən (s) su istəmələri Aban Süleymin belə dediyini nəql edir: “Əli ibn Əbu Talib, Salman, Əbu
Zərr və Miqdad şəxsən, həmçinin Əbul Həcaf Davud ibn Əbu Ovf Ovfi də Əbu
Səid Xudridən mənə belə nəql elədilər:
“Peyğəmbər (s) qızı Fatimənin yanına gəldi. Fatimə qazanın altını yandırır
və ailəsi üçün yemək bişirirdi. Əli (ə) evin bir küncündə yatmışdı. Həsən (ə) və
Hüseyn (ə) də onun yanında yatmışdılar.
Peyğəmbər (s) qızını yanına oturtdu və onunla söhbət etməyə başladı.
Fatimə qazanın altını yandırırdı və xidmətçisi yox idi. Bu vaxt Həsən (ə) yu-
xudan oyandı və üzünü Peyğəmbərə (s) tutub dedi: “Atacan, mənə su ver!”
Peyğəmbər (s) ona sarıldı. Qalxıb özünün süd verən dəvəsinin yanına getdi və
öz əlilə dəvəni sağdı. Sonra bir qabda Həsən (ə) üçün gətirdi. Südün üzü yağ
bağlamışdı. Bu zaman Hüseyn də (ə) yuxudan oyandı və üzünü Peyğəmbərə (s)
tutub dedi: “Atacan, mənə su ver!”
Peyğəmbər (s) buyurdu: “Oğlum, qardaşın səndən böyükdür və səndən əvvəl
məndən su istədi”. Hüseyn (ə) dedi: “Mənə ondan əvvəl su ver!” Peyğəmbər (s)
həm ona şəfqətlə davranır, öpür və qardaşının daha əvvəl içməsi üçün ondan
icazə istəyirdi. Amma Hüseyn (ə) razılaşmırdı.
Fatimə (ə) dedi: “Atacan, sanki Həsəni Hüseyndən daha çox sevirsən?”
Peyğəmbər (s) dedi: “Həsəni ondan çox sevmirəm. Onların ikisi də mənim
üçün bərabərdirlər. Amma əvvəl Həsən məndən su istədi. Mən, sən, bu ikisi və
bu yatan Cənnətdə bir evdə və bir dərəcədə olacağıq”.
Ravi deyir: “Əli (ə) hələ də yatmışdı və bunların heç birindən xəbəri yox
idi.