Ali-Muhammedin sirleri indd


HƏDİS 20 Səhifə və Əqəbə əshabı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə168/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   164   165   166   167   168   169   170   171   ...   410
Ali-Muhemmedin sirleri

123
HƏDİS 20
Səhifə və Əqəbə əshabı
Süleym ibn Qeys deyir ki, Osman Əbu Zərri Rəbəzə çölünə
1
 sürgün etdikdə 
Əbu Zərrin yanında idim. Ailəsi və malı barədə  Əliyə  (ə) vəsiyyət etdi. Bir 
nəfər Əbu Zərrə dedi: “Kaş ki, möminlərin-əmiri Osmana vəsiyyət etsəydin!”
Əbu Zər dedi: “Mən həqiqi Möminlərin-əmirinə - Əli ibn Əbu Talibə - 
vəsiyyət etdim. Peyğəmbər (s) zamanında Allahın əmrilə ona Möminlərin-əmiri 
deyə salam verdik. Peyğəmbər (s) bizə belə buyurmuşdu: “Qardaşım, vəzirim, 
varisim, ümmətim arasında xəlifəm və məndən sonra hər bir möminin vəlisi 
olan Əliyə Möminlərin-əmiri deyə səslənib salam verin! Çünki yer üzünü sax-
layan odur, yer ona xatir rahatdır. Əgər onu itirsəniz yer üzü və üzərindəkilər 
gözünüzə çirkin görünər”.
Bu ümmətin buzovunun və Samirisinin Peyğəmbərə etiraz etdiklərini 
gördüm. Belə dedilər: “Bu, həqiqətən Allahın və Peyğəmbərinin  əmridir?” 
Peyğəmbər qəzəbləndi və dedi: “Həqiqətən Allahdan və Peyğəmbərindəndir. 
Bunu Allah mənə əmr edib”. 
Möminlərin-əmiri deyib Əliyə salam verdikdən sonra o ikisi evdən çıxarkən 
yoldaşları Muaz ibn Cəbələ, Salimə və Əbu Übeydəyə üzünü tutub dedilər: “Bu 
kişiyə nə olub, dayanmadan əmisi oğlunun məqamını yüksəldir”. O ikisindən 
digəri dedi: “Əmisi oğlunun işi yaxşı olacaq!” Hamısı dedilər: “Əli yaşadıqca 
onun yanında bizim üçün heç bir xeyir olmayacaq”.
1
 “Biharul-ənvar”ın qədim çapında (c.8, s.305) belə  nəql edilir: “Əffanın oğlu  Əbu Zərrə 
dedi: “Sənin mənə  və dostlarıma qarşı verdiyin əziyyət artıb. Sənin yerin Şamdır! Son-
ra onu Mədinədən çıxarıb  Şama göndərdi.  Əbu Zərr  Şamda Müaviyənin etdiklərinə etiraz 
edirdi. Buna görə Müaviyə Əffanın oğluna Əbu Zərr barədə bir məktub yazdı. Əffanın oğlu 
Müaviyəyə cavab olaraq məktubunda bunları dedi: “Cündəbi (Əbu Zərri) narahat bir miniyə 
mindir və göndər”. Müaviyə Əbu Zərri üzərində yalnız çılpaq yəhəri olan yaşlı bir dəvəyə 
mindirdi və onu gecə gündüz dayanmadan aparan bir kəslə Mədinəyə göndərdi. Yoldakı bu 
məşəqqətdən ayaqlarının dərisi tökülmüş halda şəhərə çatdı.
   Əbu Zərr Mədinəyə gəldikdə Əffanın oğlu ona hara istəyirsə gedə biləcəyini dedi. Əbu Zərr 
“Məkkəyə gedim” dedikdə, Əffanın oğlu “olmaz” dedi. Əbu Zərr “Elə isə Beytul-Müqəddəsə 
gedim” dedikdə, Əffanın oğlu yenə “olmaz” dedi. Əbu Zərr “İki şəhərdən birinə - Bəsrəyə, ya 
da Kufəyə gedim” dedikdə, Əffanın oğlu yenə “Olmaz. Səni Rəbəzəyə göndərəcəyəm” dedi. 
Əffanın oğlu Əbu Zərri oraya göndərdi və ölənə qədər orada qaldı”.


124
Suleym ibn Qeys Hilali
Süleym deyir: “Əbu Zərdən soruşdum: “Bu salamlama Vida həccindən 
əvvəl olub, yoxsa sonra?” Dedi: “Birinci salamlama Vida həccindən  əvvəl, 
ikinci salamlama isə Vida həccindən sonra idi”.
Dedim: “Bu beş nəfərin əhdləşməsi nə vaxt olub?” Dedi: “Vida həccində”.
Mən dedim: “Allah sənə mərhəmət etsin! Mənə üzlərini gizlədib Peyğəm-
bərin (s) dəvəsini ürkütməyə çalışan on nəfər Əqəbə əshabı haqda danış. Bu 
hadisə nə vaxt olub?” Dedi: “Qədir Xumda, Peyğəmbər vida həccindən dönər-
kən oldu”.
Dedim: “Allah sənə  rəhm eləsin! Onları tanıyırsan?” Dedi: “Allaha and 
olsun ki, bəli, onların hamısını tanıyıram”.
Dedim: “Haradan bilirsən? Halbuki. Peyğəmbər (s) onları gizlicə ancaq 
Hüzeyfəyə tanıtmışdı”.  Əbu Zərr dedi: “Əmmar ibn Yasir dəvənin yüyənini 
çəkir, Hüzeyfə isə  dəvəni sürürdü. Peyğəmbər (s) Hüzeyfəyə bu hadisəni 
gizlətməyi əmr etdi, amma Əmmara bunu buyurmadı”. Dedim: “Onların adla-
rını mənə söylə”. Dedi: “Bunların beşi səhifə əshabı, beşi şura əhli, Əmr ibn As 
və Müaviyədir”.
1

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin