Əmmar və Hüzeyfə Səqifə fi tnəsi zamanı
Dedim: “Allah sənə rəhm eləsin! Əmmar və Hüzeyfə onları gördükləri
hal da Peyğəmbərdən (s) sonra onlara əmr etdiyi şeydə necə oldu ki, tərəddüd
etdilər?”
Dedi: “Hüzeyfə və Əmmar sonradan peşman olub tövbə etdilər. Amma
onların buzovu həmin məqama haqlı olduğunu iddia etdi (“Allah bizim üçün
peyğəmbərliklə xilafəti bir yerdə (bu dünyada) cəm etmədi” hədisini uydurul-
masına işarə edir – Tərc.). Samiri və onunla birlikdə olan üç nəfər
2
Peyğəmbərin
(s) həmin sözləri söylədiyinə şəhadət verdilər”.
Əmmar və Hüzeyfə də belə düşündülər ki, bu hadisə əvvəlkindən sonra
(Əlinin (ə) xilafət elanından sonra) baş vermiş ola bilər. Bu səbəbdən o ikisi də
digərləri kimi şəkkə düşdülər. Amma sonradan tövbə etdilər, anladılar və təslim
oldular”.
Süleym ibn Qeys deyir: “Əbu Zərr öldükdən sonra Əffanın oğlu xəlifəliyi
zamanında Əmmar ilə görüşdüm və Əbu Zərrin dediklərini ona söylədim”.
Əmmar dedi: “Qardaşım Əbu Zərr doğru deyib. O Əmmardan eşitmədiyi
bir şeyi nəql etməkdən uzaqdır və doğru danışan şəxs idi”.
1
Səhifə əhlinin adları kitabın 4-cü hədisində qeyd edilir.
2
Salim, Əbu Übeydə və Muaz ibn Cəbəl.
Ali-Muhəmmədin sirləri
125
Mən dedim: “Allah sənə rəhm eləsin! Əbu Zərrin sözünü nəyə əsasən
təsdiq edirsən?”
Dedi: “Şəhadət verirəm ki, Peyğəmbərin (s) belə dediyini eşitmişəm: “Yer
üzü Əbu Zərdən daha doğru danışan bir kəsi üzərində daşımamış və səma
üzərinə kölgə salmamışdır”. Mən dedim: “Ey Allahın Peyğəmbəri! Əhli-Beyt
üzvlərindən də?” Buyrudu: “Mən Əhli-Beytdən savayı, digər insanları nəzərdə
tuturam”.
Sonra Mədaində Hüzeyfə ilə görüşdüm. Oraya Kufədən gəlmişdi. Əbu
Zərrin söylədiklərini ona da dedim. Dedi: “Allah pak və münəzzəhdir. O,
Peyğəmbərə (s) aid bir sözü nəql etməkdə ən təmiz və ən doğru danışan bir
şəxsdir”.
|