Ali-Muhammedin sirleri indd


Həqiqətləri bəyan etməkdən Əmirəl-möminini (ə) nə



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə148/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   144   145   146   147   148   149   150   151   ...   410
Ali-Muhemmedin sirleri

Həqiqətləri bəyan etməkdən Əmirəl-möminini (ə) nə 
çəkindirir?
Bu haqqı dilə gətirən, doğru danışan, Allahı və Peyğəmbəri tanıyan şəxs 
onların gətirdikləri bidətləri, qaydaları və yenilikləri camaatın artıq adətə çevir-
diyi halda dəyişdirməsindən qorxur. Kim bunu etsə camaat ona qarşı müxalif 
çıxar, ondan uzaqlaşar, onu alçaldar və haqq olmasına baxmayaraq ətrafından 
dağılarlar. Lakin onların bidətlərinə  əməl etsə, onları  qəbul eləsə, bəzəsə  və 
yaxınlaşsa onu sevərlər, şərəf və fəzilət bəxş edərlər.
Allaha and olsun, əgər bu ordunun arasında Allahın Peyğəmbərə nazil et-
diyi həqiqəti uca səslə aşkar etsəm, camaatı ona çağırsam və Peyğəmbərdən 
(s) eşitdiyim kimi şərh və təfsir etsəm, azsaylı, bu haqqa görə alçalan və zəlil 
olanlardan başqa heç kəs qəbul etməz. Bundan (alçalmaqdan, zəlil və  rəzil 
vəziyyətə düşməkdən) qorxuya düşənlər isə məndən ayrılarlar.
Əgər Peyğəmbərin (s) məndən aldığı söz və Peyğəmbərdən (s) eşitdiklərim 
olmasaydı, edəcəklərini  əvvəlcədən mənə bildirməsəydi haqqı  aşkar bəyan 
edərdim. Amma Peyğəmbər (s) buyurdu: “Ey qardaşım! Allah bir bəndəsinə 


Ali-Muhəmmədin sirləri
107
məcbur qaldığı təqdirdə hər şeyi halal etmiş və mübah qərar vermişdir”. Eləcə 
də belə dediyini eşitdim: “Təqiyyə Allahın dinindəndir və təqiyyəsi olmayanın 
dini də yoxdur””. Sonra İmam (ə) mənə üzünü tutub dedi: 
Onları özümdən uzaq tutmaqla rahat buraxıram,
Üçdə ikisi məntəqədən (dünyadan), üçdə biri məndəndir.
Rəbbim əvəzimi verib məni üzrlü bilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin