104 Suleym ibn Qeys Hilali Ümmətə xəlifə olma Təəccüblüdür! Bu ümmətin cahilləri, azmışları, insanları oda aparan rəh bər
və başçıları təəccüb doğurur! Çünki onlar Peyğəmbərin (s) dəfələrlə belə dediyi-
ni eşidiblər: “Heç bir ümmət aralarında daha elmli (ə`ləm) bir şəxs olduğu halda
işlərini başqasına həvalə etməz. Əks təqdirdə tərk etdiklərinə qayıdanadək işləri
rəzilliyə doğru gedər”. Camaat məndən əvvəl işlərini üç nəfərin öhdəsinə qoydu.
Onlardan heç biri Quranı toplamadı, heç biri Allahın kitabını və Peyğəmbərin
sünnəsini bildiyini iddia etmədi. Halbuki Allahın kitabı və Peyğəmbərin sünnəsini
bilməkdə mənim ən elmli, Allahın kitabını ən yaxşı oxuyan və ən yaxşı anlayan,
Allahın hökmü ilə ən yaxşı hökm verən olduğumu qəti olaraq bilirdilər.
O üç nəfərdən heç birinin Peyğəmbərlə (s) bağlı keçmişləri yox idi və qar-
şılaşdığı çətinliklərə Peyğəmbərlə birgə sinə gərmədilər. Onlar qorxudan, ta-
mahdan və dünyaya olan bağlılıqlarından nə bir ox və ya mizraq atdılar, nə də
qılınc qaldırdılar.
Halbuki Peyğəmbərin (s) şəxsən döyüşdüyünü, Ubey ibn Xələfl ə Müsəccə
ibn Ovfu öldürdüyünü
1
, insanların ən şücaətlisi, çətinliklərdə və bəlalarda ən
öndə olduğunu bilirdilər.
Onlar yəqin olaraq bilirdilər ki, aralarında yerimi dolduracaq heç kəs yox-
dur. Heç kim mənim kimi igidlərlə döyüşə getmir və qalaları fəth etmirdi.
Peyğəmbər (ə) üz verən hər bir çətinlik, narahatlıq və sıxıntıda: “Qardaşım,
qılıncım, mizrağım, qəm və kədərimi üzümdən aparan Əli haradadır?” deyər və
məni önə çəkərdi. Mən də irəli keçər və canımı ona fəda edərdim. Allah mənim
əlimlə üzündəki narahatlığı və sıxıntını aradan aparardı. Mənə bu imtiyaz və to-
fi qi bəxş etdikləri üçün Allahın və Peyğəmbərinin (s) üzərimdə minnətləri var.