Xəlifə təyini nəzəriyyəsində ziddiyətli sözlər Süleym deyir: “Sonra Əli (ə) o üçünə olunan beyət barədə danışıb dedi:
“Ömrümə and olsun, əgər məsələ onların dedikləri kimi olsaydı... Amma Allaha
and olsun ki, onları dedikləri kimi deyil!” Sonra susdu. Əmmar dedi: “Onlar nə
deyirdilər?” Buyurdu: “Deyirlər ki, Peyğəmbər (s) heç kimi öz yerinə xəlifə təyin
etmədi və xəlifə seçməyi məşvərət yolu ilə ümmətin öz öhdəsinə buraxdı. Amma
söylədiklərinə əsasən belə, əmr olunduqlarını tərk edib öz istədikləri kimi etdilər.
Ümmət heç bir məşvərət keçirmədən və onların razılığı alınmadan bir dəstə adam
yaşlı səhabəyə beyət elədi. Sonra məni və səhabələrimi beyət etməyə məcbur
etdilər. Ardınca da heç bir məşvərət olmadan yaşlı səhabə Səhhakın oğluna beyət
etdi. Səhhakın oğlu isə özündən sonra xilafəti altı nəfərlik şuraya həvalə etdi, bü-
tün ənsar və mühacirləri şuradan kənarda saxladı və dedi: “Səhib (və ya Suheyb)
üç gün camaata namazda imamlıq eləsin”. Camaata isə əmr elədi: “Əgər üç gün
bitdikdə bu altı nəfər bir nəticəyə gələ bilməsələr onların boyunlarını vurun, əgər
dördü bir şəxs barədə ittifaq edib ikisi qarşı çıxarsa, o ikisini öldürün!” Mənim
barəmdə isə camaat üç gün məşvərət elədi və etdikləri beyət hamısının rəy birliyi
ilə baş verdi. Sonra da gördüklərinizi elədilər!
Ardınca İmam (ə) buyurdu: “Musa Haruna dedi: “Onların azdıqlarını gör-