Uydurulmuş hədisin Allahın kitabına əsasən rədd edilməsi Sizin Peyğəmbərə atdığınız iftiranı Allahın kitabındakı bu sözü inkar edir:
“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik” 1 Kitab nübuvvətdir, hikmət
sünnətdir, mülk xilafətdir, biz isə Ali-İbrahimik.
Miqdad, Salman və Əbu Zərrin Əlini (ə) müdafi ə etməsi Miqdad ayağa qalxıb dedi: “Ey Əli, mənə nə əmr edirsən? Allaha and olsun
ki, əgər əmr etsən qılıncımı çıxarıb zərbə endirərəm, əgər istəsən onu qınında
saxlayaram”. Əli (ə) dedi: “Ey Miqdad, qınında saxla, Peyğəmbərin (s) əhdini
və mənə tövsiyə etdiklərini xatırla”.
Mən
2
də ayağa qalxıb dedim: “Canım əlində olana and olsun, əgər
ədalətsizliyi dəf etməyimi, Allah üçün dini izzətli edəcəyimi bilsəm, qılın-
cımı boynuma salıb, sonra bir-bir qarşıma çıxanınızın boynunu vuraram.
Peyğəmbərin qardaşı, vəsisi, ümməti arasında xəlifəsi və (Peyğəmbərin (s)) öv-
ladlarının atasının üzərinə atılmısınız?! Bəla ilə müjdələnin, artıq rahatlığınız
bitəcək!”.
Əbu Zərr ayağa qalxıb dedi: “Ey üsyanla kədərləndirdiyini Peyğəmbərdən
sonra çaşqınlıqda qalmış ümmət! Həqiqətən Uca Allah buyurur: “Allah Adəmi,