daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza bir yaxşılıq edə bilərsiniz. Bu (hökm) kitabda yazılmışdır”. 2 Allahın önə çəkdiyini
önə çəkin, Allahın geridə saxladığını geridə saxlayın, vilayət və mirası Allahın
qərar verdiyi şəxslərə təqdim edin”.
* * * Yaşlı səhabə minbərdə oturmuş olduğu halda Səhhakın oğlu qalxıb ona
dedi: “Minbərdə oturmusan, bu oturan adam isə savaş açır, hələ də sənə beyət
etmir? Əmr elə boynunu vuraq! (Həsənlə Hüseyn də orada idilər) Səhhakın
oğlunun bu sözlərini eşidən Həsən (ə) və Hüseyn (ə) ağlamağa başladılar. Əli
(ə) onları bağrına basıb dedi: “Ağlamayın, Allaha and olsun ki, bu ikisinin atanı
öldürməyə qüdrətləri çatmaz”.