Ali-Muhammedin sirleri indd


Əmirəl-möminin (ə) səhifəni ifşa edir



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə36/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   32   33   34   35   36   37   38   39   ...   410
Ali-Muhemmedin sirleri

Əmirəl-möminin (ə) səhifəni ifşa edir
İmam Əli (ə) onlara dedi: “Siz Kəbədə imzaladığınız o lənətlənmiş kağı-
za vəfa göstərirsiniz. Orada yazmışdınız: “Əgər Allah Muhəmmədi öldürsə, 
yaxud ölsə bu işdə (xilafət məsələsində) Əhli-Beyti yaxına buraxmayacağıq”.
Yaşlı səhabə dedi: “Sən bunu haradan bilirsən? Sənə bu barədə məlumat 
verməmişdik!” Əli (ə) dedi: “Sən ey Zübeyr, Salman, Əbu Zərr və Miqdad! 
Allah və İslam haqqına sizdən soruşuram, bunu Peyğəmbərin (s) söyləyib və 
siz də eşitmədinizmi: “Filankəs, fi lankəs (o beş nəfərin hamısının adlarını sada-
ladı) öz aralarında bir yazı yazıblar, əgər ölsəm və ya öldürülsəm nə edəcəkləri 
barədə  və  əhdləşiblər”. Dedilər: “İlahi, elədir!” Bunu Peyğəmbərin (s) sənə 


Ali-Muhəmmədin sirləri
31
söylədiyini eşitmişik: “Ya Əli, onlar öz aralarında nə edəcəkləri barədə  əhd 
bağlayıblar, bir yazı ilə bunu imzalayıblar ki, əgər (Muhəmməd (s)) ölsə və ya 
öldürülsə sənə qarşı çıxacaq və bu işdən kənarda tutacaqlar”.
Sən də demişdin: “Atam və anam sənə fəda olsun, ey Rəsulallah! Bu baş verdikdə 
mən nə edim?” Peyğəmbər (s) cavabında sənə buyurmuşdu: “Əgər yardımın olsa on-
lara qarşı mübarizə apar, əgər yardımın olmazsa, beyət et və qanını qoru”. 
İmam Əli (ə) dedi: “Allaha and olsun ki, əgər mənə beyət edən qırx nəfər 
mənə  vəfa göstərsəydilər, Allah yolunda sizinlə mübarizə aparardım. Lakin, 
Allaha and olsun, qiyamətə qədər ikinizin ardınca sizdən heç kim onu əldə edə 
bilməyəcək.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin