Ali-Muhammedin sirleri indd


İmam Əli (ə) necə beyət etdi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə41/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   37   38   39   40   41   42   43   44   ...   410
Ali-Muhemmedin sirleri

İmam Əli (ə) necə beyət etdi
Sonra dedi: “Ey Əbu Talibin oğlu, qalx və beyət elə!” Əli (ə) dedi: “Əgər 
etməsəm?” Səhhakın oğlu dedi: “O zaman, Allaha and olsun ki, boynunu vu-
raram!” Əli (ə) onlara qarşı üç dəfə höccət tamamladı. sonra ovcunu açmadan 
əlini uzatdı, yaşlı səhabə onun əlinin üstündən vurdu və buna razı oldu.
Beyətdən əvvəl Əli (ə) boynunda kəndir olan vəziyyətdə belə nida elədi: 
“Ey qardaşım,  həqiqətən də bu qövm məni zəifl ətdi və az qalırdı ki, məni 
öldürsünlər”.
1
Zübeyr, Salman, Əbu Zərr və Miqdadın beyət etmələri
Zübeyrə deyildi: “Beyət et!”, o isə imtina etdi. Səhhakın oğlu, Xalid ibn 
Vəlid, Müğeyrə ibn Şöbə yanındakı adamlarla onun üzərinə atıldılar. Qılıncını 
əlində aldılar, yerə vurub sındırdılar və onu yaxaladılar. sinəsində  Səhhakın 
oğlu oturmuşdu. Zübeyr dedi: “Ey Səhhakın oğlu, Allaha and olsun, əgər qılın-
cım əlimdə olsaydı, indi mənim əlimlə qəbirdə idin”. Sonra qalxıb beyət elədi.
Salman deyir: “Sonra məni tutdular boğazımı ilan sancar kimi sıxdılar, ar-
dınca əli tutub burmağa başladılar. Mən də istəmədən beyət etdim”.
Sonra da Əbu Zərr və Miqdadı zorla beyətə  məcbur etdilər. Ümmət 
arasında  Əlidən (ə) və bizim dördümüzdən başqa heç kim məcburən beyət 
etdirilmədi. Aramızda ən sərt danışan Zübeyr idi. O beyət edərkən dedi: “Ey 
Səhhakın oğlu, əgər sənə yardım edən bu tağutlar olmasaydı, əlimdə qılıncım 
olduğu təqdirdə mənə tərəf bir addım da ata bilməzdin, sənin qorxaq və alçaq 
olduğunu bilirəm. Lakin bu tağutları özünə köməkçi tutub onların arxasında 
gizlənmisən”.
Səhhakın oğlu qəzəblənib dedi: “Səhhakı niyə yad edirsən!” Zübeyr dedi: 
“Səhhak kimdir ki, onu yad etməyi mənə nə qadağan edə bilər?! Səhhak zinakar 
1
 “Əraf” surəsi, ayə 150-yə işarədir.


34
Suleym ibn Qeys Hilali
idi, yoxsa bunu inkar edirsən?! Məgər o babam Əbdül-müttəlibin həbəşlərdən 
olan bir köləsi deyildimi ki, baban Nüfeyl onunla zina etdi və bu zinadan atan 
Xəttabı doğdu. Bundan sonra Əbdül-Müttəlib onu babana bağışladı. O mənim 
babamın köləsi idi, doğduğu da vələdüzzina idi?!”
Yaşlı səhabə onları ayırdı və mübahisə bitdi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin