Qiyamət günü İblis və Səqifə təsisçiləri Aban ibn Əbu Əyyaş Süleym ibn Qeys Hilalidən belə dediyini nəql edir:
“Salman Farisinin belə dediyini eşitdim: “Qiyamət günü olduqda İblisə oddan
bir qayışla (kəmərlə) gətirilər, züfər
1
isə oddan iki kəmərlə gətiriləcək.
Həmin gün İblis züfərin yanına gedəcək və fəryad çəkib deyəcək: “Anan
yasında ağlasın! Sən kimsən? Mən əvvəlkiləri və sonrakıları azdıranam. Buna
baxmayaraq mən bir kəndirlə, sən isə iki kəndirlə bağlanmısan?!”
(Züfər deyər:) “Mən o kəsəm ki, əmr etdim və mənə itaət etdilər. Allah isə
başqa bir şey əmr etmişdi, bu əmrimə görə ona üsyan etdilər”.
1
Zufər – hiylə quran tülkü və onun yoldaşına deyilir.