36
Suleym ibn Qeys Hilali
cəhənnəmin dibindəki bir quyuda, qıfıllanmış bir tabutdadırlar. Bu quyunun
üzərində də bir qaya parçası var. Uca Allah cəhənnəmi alovlanmasını istədikdə
quyunun üzərindən daşın götürülməsini əmr edər, cəhənnəm alovlanar və
şiddətindən həyəcana gələr.
Peyğəmbərdən (s) onların kimliyi barədə soruşdum, siz də buna şahid idi-
niz. Dedi: əvvəlkilərdən olanlar: qardaşını öldürən Adəmin oğlu (Qabil), Fi-
ron, İbrahimlə Rəbbi barədə mübahisə edən və Bəni-İsraildən kitabı və sünnəti
dəyişən iki kişidir. Onlardan biri yəhudiləri yəhudiləşdirdi, digəri isə xristianları
nəsrani elədi. Onların altıncısı isə İblisdir. Digər altıda isə: Dəccal və beş nəfər
səhifə əhlidir. Onlar tağutlarla əhd bağlayıb , ey Əli sənə qarşı ədavətlərinə söz
veriblər, məndən sonra sənin üzərinə qalxacaqlar. Bunlar fi lan, fi lan şəxslərdir
deyib hər birinin adı ilə mənə bildirdi”.
Salman dedi: “Biz dedik: Düz buyurdun ey Əli, şəhadət veririk ki, biz bunu
Peyğəmbərdən (s) eşitmişik”.
Dostları ilə paylaş: