5. İmam Əlinin (ə) səhabələr qarşısında dəlillər qoyur Beyətdən sonra Salmanın sözləri Süleym ibn Qeys deyir ki, Salmana dedim: “Ey Salman, Quhafənin oğluna
beyət edib heç bir söz demədin?”
Dedi: “Beyət etdikdən sonra dedim: “Sizə əvvəlki zamanları xəbər ve-
rim, görün özünüzə qarşı nə etdiniz, bu etdiklərinizin hansı düz, hansı yanlış-
dır! Özünüzdən əvvəlkilərin təfriqə və ixtilaf salmaq sünnətinə əməl etdiniz,
Peyğəmbərinizin sünnətini əhlindən almaqla xətaya düşdünüz!”
Səhhakın oğlu dedi: “Ey Salman, sən və dostun beyət etdikdən sonra nə
istəyirsiniz danışın”.
Salman dedi: “Peyğəmbərin (s) belə dediyini eşitmişəm: “Qiyamət
gününədək bütün ümmətin günahları sənin və dostunun üzərindədir, sizin
əzabınız bütün azdırdıqlarınızın əzabına bərabər olacaq!” Dedi: Nə istəyirsən
de, sən artıq beyət etmisən, məgər dostunla baş verənlər sənin gözlərinin
önündə olmadımı?
Dedim: Şəhadət verirəm ki, həqiqətən də Allahın kitablarında sənin haq-
qında bəzi əlamətlər yazılıb, orada belə deyilir: “Həqiqətən sən (adın, nəsəbin
və vəsfl ərinlə) cəhənnəm qapılarından bir qapısan. Yenə mənə dedilər: Nə
istəyirsən danış! Məgər Allahı qoyub, bu ev əhlini dost tutarkən onların
əllərindən necə alındığını görmürsən?
Şəhadət verirəm ki, Peyğəmbərdən (s) ““O gün (Allahın) edəcəyi əzabı