Ali-Muhəmmədin sirləri
37
onlar məni, mən də onları görəcək, onlar məni, mən də onları tanıyacağam.
Həmin vaxt onlar məndən uzaqlaşdırılacaqlar. Mən deyəcəyəm: “Ey Rəbbim,
səhabələrim, səhabələrim!” Mənə deyiləcək: Səndən
sonra nələr etdiklərini
bilmirsənmi! Sən onların arasından ayrıldıqdan sonra onlar dindən döndülər.
Mən deyəcəyəm: “Uzaq olsun, uzaq olsunlar!”
Peyğəmbərin (s) belə dediyini eşitdim: “Ümmətim addımbaaddım, qarış-
baqarış Bəni-İsrailin
etdiklərini edəcəklər, hətta bir
yerə daxil olduqda birlikdə
daxil olacaqlar. Tövrat və Quranı bir mələk bir vərəqin
üzərində və bir qələmlə
yazıb. Onların bənzərliyi və tutduqları yol eynidir.