biz müşrik deyildik!” 1 , “Onlar sizə and içdikləri kimi, Allaha da and içəcək və bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar!” 2 Süleym dedi: “Ey Möminlərin Əmiri! Sizi imam bilməyən, lakin
düşmənçilik etməyən, sizin düşmənçiliyi öz əqidəsinə çevirməyən, təəssüb
çəkməyən, həmçinin sizin vilayətinizi qəbul etməyən və düşmənlərinizdən də
uzaqlaşmayan şəxs haqqında rəyiniz nədir? O, bunları (imamətinizin haqq ol-
masını) bilmədiyini söyləyir və bu da həqiqətdir”.
İmam Əli (ə) buyurdu: “Onlar yetmiş üç fi rqəyə daxil deyillər. Peyğəmbər
(s) yalnız haqq olduqlarını iddia edərək özlərini tanıtmış və camaatı öz dinlərinə
dəvət edən yetmiş üç fi rqəni nəzərdə tutmuşdur. Onlardan yalnız biri Rəhmanın
dini üzərində, yetmiş ikisi isə Şeytanın dinindədir. Onu qəbul edənləri dost tutar
və düşmənçilik edənlərdən uzaqlaşarlar.
Amma Allahı yeganə bilən və Peyğəmbərinə (s) iman gətirən, amma bizim
vilayətimizi və düşmənlərimizin zəlalətini bilməyən, bizə qarşı düşmənçiliyi
olmayan, bir şeyi halal, ya da haram etməyən, bilmədiyi halda barəsində ixtilaf
olmayan Allah hökmlərinə əsaslanan şəxs nicat tapar.