Peyğəmbərin (s) bəzi səhabələr haqqında sözləri Əffanın oğlu dedi: “Ey Əbəl-Həsən, səndə və dostlarında mənim barəmdə
də hədis varmı?” Əli (ə) dedi: “Bəli, Peyğəmbərin (s) səni iki dəfə tənqid etdi-
yini eşitmişəm. Tənqiddən sonra isə sənin üçün Allahdan bağışlanma dilədiyini
əsla eşitmədim”.
Əffanın oğlu qəzəblənib dedi: “Mənim sizinlə nə işim. Heç vaxt məndən əl
çəkmirsiniz, nə Peyğəmbərin vaxtında, nə də ondan sonra!”
İmam Əli (ə) dedi: “Elədir, Allah səni alçaldır!” Əffanın oğlu dedi: “Alla-
ha and olsun ki, Peyğəmbərin (s) belə dediyini eşitmişəm: “Zübeyr İslamdan
mürtəd olaraq öldürüləcək!”.
Salman dedi: “Əli (ə) mənə yavaşcadan dedi: “Əffanın oğlu düz deyir.
Əffanın oğlunu qətlə yetirildikdən sonra o (Zübeyr) mənə beyət edəcək, sonra
beyətini qırıb mürtəd olaraq qətlə yetiriləcək.