289 HƏDİS 86
1. Küfr dayaqları Kuleyni “Kafi ”də Əli ibn İbrahimdən, o da atasından, o da Həmmad ibn
İsadan, o da İbrahim ibn Əmər əl-Yəmanidən, o da Ömər ibn Uzeynədən, o da
Aban ibn Əbu Əyyaşdan, o da Süleym ibn Qeys Hilalidən Əmirəl-mömininin
(ə) belə dediyini nəql edir:
“Küfr dörd dayaq üzərində dayanıb: Fisq, ğüluvv, şəkk və şübhə.
Fisq əhli Fisq əhli (günah) dörd qisimdir: cəfa, korluq, qəfl ət və dikbaşlıq (və ya
həyasızlıq).
Cəfa edən şəxs haqqı alçaldar, fəqihləri (və ya alimləri) bəyənməz və bö-
yük günahda israr edər. Qəlbi kor olan şəxs isə, Allahı yad etməyi unudar,
zənnə tabe olar, Xaliqi ilə mübarizə aparar, Şeytan onu rahat buraxmaz, tövbə
etmədən, itaət etmədən və qəfl ətdən ayılmadan bağışlanma diləyər. Qəfl ətdə
olan kəs isə özünə qarşı cinayət törədər; beli üstə çevrilər (işləri alt-üst olar);
zəlaləti hidayət sanar, arzular onu aldadar; iş işdən keçincə, pərdələr üzərindən
qalxınca və ümid etmədiyi şeylərlə qarşılaşınca təəssüf keçirər və peşman olar.
Dikbaş kəs isə Allahın əmrinə qarşı çıxıb şəkkə düşər. Hər kim şəkk etsə kərim
olan Rəbbinə qarşı qürurlandığı və həddi aşdığı kimi Allah ona yüksəkdən ba-
xar, yenilməz qüvvəsilə onu alçaldar və cəlalıyla onu kiçildər.
Ğüluvv əhli Ğulüvv əhli (həddi aşanlar) dörd qisimdir: fi kirdə (rəydə) dərinləşmək,
onun uğrunda mübahisə eləmək, yolu itirmək və qarşı çıxmaq.
Öz rəyində dərinləşən şəxs haqqa dönməz, nöqsanlarda boğulmaqdan baş-
qa heç nəyi artıra bilməz, bir fi tnədən uzaqlaşıb başqa bir fi tnəyə mübtəla olar
və dini zay olub gedər. Qarışıq məsələlərdə məhv olar. Hər kim öz rəyinə görə
camaatla mübahisə eləsə inadkarlığı səbəbindən axmaqlıqla məşhurlaşar. Yol-
dan azan şəxsə gözəllik pis və pislik isə gözəl görünər. Kim qarşı çıxıb ayrılsa
yolları bağlanar və işlərinə etiraz edilər. Möminlərin yolunu izləmədikcə çıxış
yolu daralar.