290 Suleym ibn Qeys Hilali Şəkk əhli Şəkk əhli dörd qisimdir: mübahisə, həvaye-nəfsə itaət, tərəddüd və
təslimiyyət. Bu Allahın bu sözüdür: “Sən öz Rəbbinin hansı nemətlərinə şəkk edirsən?!” 1 Kim qarşısındakından qorxsa, geriyə çəkilər. Kim din barədə mübahisə
eləsə, şübhə və tərəddüdə düşər. İrəlidə gedən möminlərin onu ötüb keçər,
arxada gələn ona yetişər və Şeytanın pəncələri altında əzilər. Kim dünya və
axirətin təhlükələrinə təslim olsa bu ikisi arasında olanlarda həlak olar. Kim
bundan nicat tapsa, bu, yəqinin fəzilətidir. Allah yəqindən daha kiçik bir varlıq
yaratmamışdır.
Şübhə əhli Şübhə əhli dörd qisimdir: bəzəklərə məftunluq, nəfsi aldatmaq, əyrilikləri
yozmaq (bəhanə tapmaq) və haqqa batil donu geyindirmək.
Belə ki, bəzəkli sözlər insanı aydın dəlildən uzaqlaşdırar, nəfsi aldatmaq
onu şəhvətə sürüyər, əyriliklər sahibini böyük daha böyük yanlışlara yönəldər.
Haqqa batil donu geyindirmək isə bir-biri üzərində olan zülmətlərdir.
Bunlar küfr, küfrün dayaqları və küfrün əhlidirlər”.