Yaradılışdakı İlahi qanunlar (Sünnətallah) Allah bəndələri üzərində qalibdir (qəhr edəndir). Zikri yüksək və vəchi
(dini) ucadır. Məxluqları ən gözəl şəkildə yaratmışdır. Onun hər iki əli açıq,
rəhməti hər şeyi əhatə etmiş, əmri zahir və nuru parlaqdır. Bərəkəti dolub
daşmış və hikməti işıq saçmaqdadır. Kitabı şahid, dəlili qalib və dini xalisdir.
Səltənətini zahir olmuş, sözü haqq, tərəziləri ədalətli və rəsulları təbliğ etmişdir.
Pisliyi günah və günahı fi tnə qərar vermişdir. Yaxşılığı razılıq, razılığı tövbə
və tövbəni paklayıcı etmişdir. Tövbə edən hidayət olar. Fitnəyə daxil olan Al-
laha tövbə edib günahlarını etiraf edənə qədər yolda azar. Həlak olacaq kəsdən
başqası Allaha qarşı getməz.
Allah! Allah! Qarşındakı tövbə, rəhmət, müjdə və əzəmətli helm nə geniş-
dir! Yanında olan cəzalar, cəhənnəm və şiddətli bəlalar nə qorxuncdur! Kim Ona
itaətdə zəfər qazansa, kəraməti onu cəlb edər. Kim Ona qarşı günaha mürtəkib
olsa, intiqamının vəbalını dadar. Peşman olmaları az müddət alar!