İmam Əlinin (ə) fəzilətlərindən Firat öz təfsirində, Həskani “Şəvahidut-tənzil”də deyirlər: “Cəfər ibn
Muhəmməd ibn Haşim, İbadə ibn Ziyaddan, o da Əbu Muəmmər Səid ibn
Xəsimdən, o da Muhəmməd ibn Xalid Zəbiy və Adbullah ibn Şərik Amiridən,
o da Süleym ibn Qeysdən, o da Həsən ibn Əlidən (ə) bizə nəql edir
1
:
“O, Allaha həmd və səna etdikdən sonra dedi: ““İlk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən (sabiqun) mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələr....”. 2 İrəli düşənlərin (sa-
biqunlar) sonrakılar üzərində fəziləti olduğu kimi atam Əli ibn Əbu Talibin (ə)
də irəli düşənlər üzərində bir fəziləti var ki, bu da onları imanda qabaqlamasıdır.
“Məgər siz hacılara su verməyi və Məscidul-həramı təmir etməyi Alla- ha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi