tutursunuz?”
3
ayəsilə atam Peyğəmbərin (s) çağırışına cavab verib, onu öz
canı ilə qoruyub.
Sonra Şəhidlər ağası, əmisi Həmzə, onunla birgə bir çoxları döyüşüb qətlə
yetirilməsinə baxmayaraq, Həzmə Peyğəmbərə (s) yaxınlığına görə onların
ağasıdır.
Uca Allah Cəfərin mələklərlə birlikdə cənnətdə dilədiyi yerə uçması üçün
iki qanad bəxş eləyib. Bu da onun məqamına, Peyğəmbərlə (s) yaxınlığına və
ona nisbətdə olmasına görədir. Peyğəmbər (s) Həmzə ilə birgə şəhid olanların
arasından yalnız Həmzə üçün yetmiş dəfə namaz qıldı.
Həmçinin (Uca Allah) Peyğəmbərin (s) xanımlarına ona olan nisbətlərinə
görə digər qadınlar üzərində bir fəzilət verib. Peyğəmbər (s) məscidindəki na-
mazı İbrahimin (ə) Məkkədə bina etdiyi məsciddən savayı, digər məscidlərdəki
namazlardan min dəfə üstün tutub. Bu da Peyğəmbərin (s) məqamına və
fəzilətinə görədir.
Peyğəmbər (s) insanlara salavat deməyi öyrədib və belə demələrini buyu-
rub: “Allahummə salli əla Muhəmməd və Ali-Muhəmməd kəma salleytə əla
İbrahim və Ali-İbrahim. İnnəkə həmidun məcid” (Tərcüməsi: İlahi, İbrahimə
1
Bu xütbə kamil şəkildə “Biharul-Ənvar”da c.1, səh.138, 5-ci hədisdə qeyd olunub.
2
“Tövbə” surəsi, ayə 100.
3
“Tövbə” suərsi, ayə 19.
Ali-Muhəmmədin sirləri
299
və onun ailəsinə salavat göndərdiyin kimi Muhəmmədə və ailəsinə də salavat
göndər). Allahın vacib buyurduğu hər bir namazda bizə salavat demələri bütün
müsəlmanların üzərində haqqımızdır.
Uca Allah Peyğəmbərə (s) və bizə qəniməti halal elədi, ona sədəqəni haram
qıldığı kimi bizə də haram buyurdu. Bu, Allahın bizlərə göstərdiyi bir ehtiram
və fəzilətdir.
|