297 HƏDİS 92
Göylərdə və yerdə Əlinin (ə) əzəməti Seyid Nemətullah Cəzairi “Ənvarun-Numaniyyə” kitabında deyir: “Şeyx
Səduq Süleym ibn Qeysə istinadla rəvayət edir ki, Peyğəmbər (s) belə buyur-
du: “Əli yeddinci səmada Günəşin günorta yer üzündə olduğu kimidir, dünya
səmasında isə gecələrdəki ay kimidir.
Uca Allah Əliyə fəzilətlərin bir hissəsini əta etmişdir ki, əgər onu yer əhli
arasında paylaşdırsalar, onların hamısını ehtiva edər. Allah ona düşüncədən də
bir hissə əta etmişdir ki, əgər yer əhli arasında bölünsə, onları bütünlüklə ehtiva
edər.
Onun mülayimliyi Lutun mülayimliyinə, əxlaqı Yəhyanın əxlaqına, zöhdü
Əyyubun zöhdünə, səxavəti İbrahimin səxavətinə, sevinci Süleyman ibn Davu-
dun sevincinə, gücü isə Davudun gücünə bənzədilib.
Onun adı cənnətin hər bir hicabı üzərində yazılmışdır. Rəbbim məni
müjdələyib ki...”
1
1
Hədisin sonunun bizə çatmaması təəssüf doğurur.