Hərbi vəzifə və hərbi xidmət haqqında


[8]      Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   2   3   4   5   6   7   8   9   ...   59
44 (1)

[8]

 

  



Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət 

  

3.1.  Azərbaycan  Respublikası  Konstitusiyasının  76-cı  maddəsinin  I  hissəsinə  uyğun  olaraq  Vətəni 

müdafiə hər bir vətəndaşın borcudur. 

3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı 

hər  bir  kişi  cinsli  vətəndaşı  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrində və  ya  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  başqa  silahlı  birləşmələrdə bu  Qanunla 

müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 

3.3.  Azərbaycan  Respublikası  Konstitusiyasının  76-cı  maddəsinin  II  hissəsinə  uyğun  olaraq 

vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi 

hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. 

3.4. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 

40  yaşınadək  Azərbaycan  Respublikasının  qadın  vətəndaşları  özlərinin  razılığı  ilə  hərbi  qeydiyyata 

götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  başqa  silahlı  birləşmələrdə hərbi  xidmətə 

qəbul edilirlər. 

  


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin