Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   2   3   4   5   6   7   8   9   ...   59
44 (1)

Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması 

  

6.1.  Hər  il  yanvar-mart  ayları  ərzində  həmin  il 15 yaşı  tamam  olan  Azərbaycan  Respublikasının  kişi 

cinsli  vətəndaşları  yaşayış  və  ya  olduğu  yer  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanında  ilkin  hərbi 

qeydiyyata alınmalıdırlar.



[11]

 

6.2.  Vətəndaşlar  müvafiq  icra  hakimiyyəti  orqanında  ilkin  hərbi  qeydiyyata  alınarkən  onların  hərbi 



xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilmiş  qaydada  həkim  mütəxəssislər  tərəfindən  hökmən  tibbi  müayinə,  habelə  hərbi  xidmət 

müddətində  onlardan  daha  məqsədəuyğun  istifadə  edilməsini  müəyyənləşdirmək  üçün  psixoloji 

müayinə  edilməli,  müvəqqəti  yararsız  hesab  edilən  şəxslər  isə  Azərbaycan  Respublikasının  dövlət 

büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 

6.3.  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı 

olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış 



hüquqi  şəxs  statusunda  olan  müəssisə,  idarə  və  təşkilatlar,  onların  filial  və  nümayəndəlikləri,  o 

cümlədən  təhsil  müəssisələri  (bundan  sonra  -  təşkilatlar),  müvafiq  icra  hakimiyyəti  orqanı,  yerli 

özünüidarə  orqanları  hər  il  sentyabr  ayının  1-dək  müvafiq  icra  hakimiyyəti  orqanında  ilkin  hərbi 

qeydiyyata  alınmalı  olan  vətəndaşların  siyahılarını  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim 

etməlidirlər. 

6.4.  Müvafiq  icra  hakimiyyəti  orqanında  ilkin  hərbi  qeydiyyata  alınmalı  olan  vətəndaşlar  qeydiyyata 

alınmaq  üçün  müvafiq  icra  hakimiyyəti  orqanının  fərdi  çağırış  vərəqəsində  göstərilmiş  müddətdə 

müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 

6.4.1. doğum haqqında şəhadətnamənin surəti

6.4.


2. ailə tərkibi haqqında arayış; 

6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 

6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 

6.4.5. tərcümeyi-hal

6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil. 

6.5.  Müvafiq  icra  hakimiyyəti  orqanında  ilkin  hərbi  qeydiyyata  alınmış  vətəndaşlara  ilkin  hərbi 

qeydiyyata  alma komissiyasının qərarı  elan edilir, onların hüquq  və  vəzifələri,  ilkin hərbi  qeydiyyatın 

qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və forması müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir. 

  


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin