Hərbi vəzifə və hərbi xidmət haqqında


hərbi qeydiyyat üzrə vəzifələri



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə8/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   ...   4   5   6   7   8   9   10   11   ...   59
44 (1)

hərbi qeydiyyat üzrə vəzifələri 

  

8.1. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər müvafiq icra hakimiyyəti 

orqanının  müraciətinə  əsasən  hərbi  vəzifəlilərin  və  çağırışçıların  müvafiq  icra  hakimiyyəti  orqanına 

çağırılması  barədə  onlara  məlumat  verməli  və  onların  çağırış  üzrə  vaxtında  gəlməsinə  köməklik 

göstərməlidirlər. 

8.2. Müvafiq icra hakimiyyəti orqanı: 

8.2.1.  hərbi  vəzifəliləri  və  çağırışçıları  yalnız  onların  hərbi  qeydiyyat  sənədlərində  hərbi  qeydiyyata 

qəbul  və  ya  hərbi  qeydiyyatdan  çıxarma  barədə  müvafiq  icra  hakimiyyəti  orqanının  qeydləri  olduğu 

təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalı; 

8.2.2.  vətəndaşların  hərbi  xidmətə  (toplanışlara)  çağırılmasında,  vətəndaşların  hərbi  qeydiyyat 

qaydalarına əməl etməsinə nəzarət olunmasında və hərbi vəzifəlilər və çağırışçılar sırasından müəyyən 

edilmiş hərbi qeydiyyat qaydalarını pozan vətəndaşların aşkara çıxarılmasında müvafiq icra hakimiyyəti 

orqanına köməklik göstərməli; 

8.2.3. hərbi vəzifənin icrasından boyun qaçıran şəxsləri aşkar etməlidir. 

8.3. Müvafiq icra hakimiyyəti orqanı hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının 

adının  dəyişdirilməsinin,  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatında  onların  doğum  tarixi  və  yeri 

haqqında  dəyişikliklər  edilməsinin,  habelə  bu  şəxslərin  ölümünün  qeydiyyatı  barədə  müvafiq  icra 

hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. 

8.4. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara dair onların 

qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. 

8.5.  Cəzanı  icra  edən  müəssisə  və  orqanlar  hərbi  vəzifəlilər  və  çağırışçılar  haqqında  məhkəmənin 

qanuni qüvvəyə minmiş hökmü barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat 

verməlidirlər. 

8.6.  Tibbi-

sosial  ekspert  komissiyaları  sağlamlıq  imkanları  məhdud  olmuş  və  ya  əlil  sayılmış  bütün 

çağırışçılar  və  hərbi  vəzifəlilər  barəsində  onların  hərbi  qeydiyyatda  olduğu  müvafiq  icra  hakimiyyəti 

orqanına 7 gün müddətində məlumat verməlidirlər. 

8.7.  Mənzil-istismar  təşkilatlarının  və  yaşayış  sahələrinə  xidmət  edən  digər  idarəedici  təşkilatların 

rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, bunlar 

olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya çağırışçı olan sakinlər barədə tələb olunan 

məlumatları onların hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və 



ya  hərbi  qeydiyyat  məlumatının  dəqiqləşdirilməsi  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  vaxtında 

təqdim  etməli,  habelə  müvafiq  icra  hakimiyyəti  orqanına  çağırılmaları  barədə  çağırışçılara  və  hərbi 

vəzifəlilərə vaxtında məlumat verməlidirlər. 

  


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin