Maddə 10. Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması
10.1. 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər.
10.2. Müvafiq icra hakimiyyəti orqanı xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını müəyyən
edir və həmin ixtisaslar üzrə 17 yaşına çatmış vətəndaşların və çağırışçıların hazırlanması üzrə
sifarişlər verir. Bu ixtisaslar üzrə hazırlanmalı olan 17 yaşına çatmış vətəndaşların və çağırışçıların sayı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.3. İş yerindən ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri,
vəzifəsi və iş yeri üzrə orta əmək haqqı saxlanılır, habelə təhsil yerinə gedib-gəlmək haqqı iş yeri üzrə
ödənilir.
10.4. Müvafiq icra hakimiyyəti orqanı çağırışaqədərki hazırlıq keçməyə cəlb etdiyi vətəndaşların
məşğələlərə (dərslərə) gəlmədikləri barədə onların iş yerinə və müvafiq icra hakimiyyəti orqanına
məlumat verir.
Maddə 11. Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi
Dostları ilə paylaş: |