5-ci
fəsil
Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etmə
Maddə 18. Çağırışa möhlət verilməsi
18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının
qərarı ilə aşağıdakı əsaslara görə verilir:
18.1.1. ailə vəziyyətinə görə;
18.1.2. sağlamlıq vəziyyətinə görə;
18.1.3. təhsili davam etdirmək üçün;
18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün
namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən
seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək);
18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman)
fəaliyyəti ilə əlaqədar.
18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan
azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən
edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti
çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar.
Dostları ilə paylaş: |