Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 28. Həqiqi hərbi xidmətin növləri



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə26/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   ...   22   23   24   25   26   27   28   29   ...   59
44 (1)

Maddə 28. Həqiqi hərbi xidmətin növləri 

  

28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 

28.1.1. müddətli həqiqi hərbi xidmət

28.1.2. 


hərbi  qulluqçu  hazırlayan xüsusi  təyinatlı  təhsil  müəssisələrinin  kursantlarının  həqiqi  hərbi 

xidməti;


[23]

 

28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 



28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 

28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 

28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər 

daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 

28.3.  Hərbi  qulluqçu  hazırlayan  xüsusi  təyinatlı  təhsil  müəssisələrinə  qəbul  olunmuş  vətəndaşlar 

kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. 

Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə 

üzvlərinə  aid  olan  hüquqlardan  istifadə  edir,  müddətli  həqiqi  hərbi  xidmətdə  olan  hərbi  qulluqçuların 

vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 

28.4.  Müvəffəqiyyətsizliklərinə,  təhsillərini  davam  etdirmək  istəmədiklərinə  və  intizamsızlıqlarına 

görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və 

ya  xəstəliyi  ilə  əlaqədar  hərbi  xidmətə  yararsız  hesab  olunduğuna  görə  xaric  edilən  şəxslər  istisna 

olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman 

həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil  müəssisələrində aldıqları təhsil 

müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar 

xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. 

28.5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində 

müəyyən edilmiş şəxslər aiddirlər. 



28.6. 

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı 

təhsil  müəssisələrinin  kursantlarına,  çağırış  komissiyasının  qərarı  ilə  çağırışdan  azad  edilib  ehtiyata 

keçirilmiş,  həm  dinc  dövrdə,  həm  də  müharibə  dövründə  hərbi  xidmətə  yararsız  hesab  edilmiş 

vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda 


olan 

zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi 

biletin 

verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin