Maddə 30. Hərbi rütbələr
30.1. Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından,
hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə
mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur:
Hərbi qulluqçuların və hərbi
vəzifəlilərin tərkibi
Hərbi rütbələr
Ümumqoşun
Hərbi Dəniz
Əsgərlər və matroslar
Əsgər (kursant)
Baş əsgər
Matros (kursant)
Baş matros
Çavuşlar
Kiçik çavuş
Çavuş
Baş çavuş
Kiçik çavuş
Çavuş
Baş çavuş
Gizirlər və miçmanlar
Kiçik gizir
Gizir
Baş gizir
Kiçik miçman
Miçman
Baş miçman
Zabitlər:
Kiçik zabitlər
Kiçik leytenant
Leytenant
Baş leytenant
Kapitan
Kiçik leytenant
Leytenant
Baş leytenant
Kapitan-leytenant
Baş zabitlər
Mayor
Polkovnik-leytenant
Polkovnik
3-cü dərəcəli kapitan
2-ci dərəcəli kapitan
1-ci dərəcəli kapitan
Ali zabitlər
General-mayor
General-leytenant
General-polkovnik
Ordu generalı
Kontr-admiral
Vitse-admiral
Admiral
30.3. Tibb və hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərin və generalların hərbi
rütbələrinə müvafiq olaraq “tibb xidməti” və “ədliyyə” sözləri əlavə edilir.
30.4. Çavuşlara və gizirlərə (miçmanlara) hərbi rütbələr qoşun və ya xidmət növü göstərilmədən verilir.
30.5. Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların
hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.
Dostları ilə paylaş: |