Maddə 33. Hərbi rütbələrdən məhrumetmə, hərbi rütbələrin aşağı salınması və bərpası
33.1. Hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla)
ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinə uyğun olaraq onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros)
rütbəsinə endirilə bilərlər.
[25]
33.2. Hərbi qulluqçular (zabitlər istisna olmaqla) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam
Nizamnaməsi ilə müəyyən olunmuş qaydada hərbi rütbədən məhrum edilir və onların hərbi rütbələri bu
rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir.
33.3. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman,
kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət
nəticə vermədikdə bir pillə aşağı salına bilər.
33.4. Ali zabitlərin hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən, digər hərbi qulluqçuların,
habelə hərbi vəzifəlilərin və istefada olan şəxslərin hərbi rütbələri isə “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamədə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə müəyyən
edilən qaydada bir pillə aşağı salınır və bərpa olunur.
Dostları ilə paylaş: |