Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə39/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   ...   35   36   37   38   39   40   41   42   ...   59
44 (1)

Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 

  

41.0. Ehtiyatda 

olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi 

xidmətdən ehtiyata buraxılırlar:

[27]

 

41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 



41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda;  

41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 

41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan 

istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 

41.0.5.  ailə  vəziyyətinə  görə  qadınlar  və  müddətli  həqiqi  hərbi  xidmət  hərbi  qulluqçuları  –  “Hərbi 

xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə

41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 

41.0.7. 



Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinə  uyğun  olaraq və  ya  intizam  qaydasında  hərbi 

rütbədən  məhrum  edildikdə  (müddətli  həqiqi  hərbi  xidmət  hərbi  qulluqçuları  və  “Azərbaycan 

Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə 

tutulmuş hallar istisna olmaqla); 



[28]

 

41.0.8.  törədilmiş  cinayətə  görə  hərbi  vəzifələri  tutma  hüququndan  məhrum  etmə və  ya müəyyən 



müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti 

məhkum  edilmiş  şəxslər  istisna  olmaqla) və  ya  ömürlük  azadlıqdan  məhrumetmə növündə  cəzalara 

məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla);

[29]

 

41.0.9. öz arzusu ilə –  yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr 



zabitlər; 

41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. 

  


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin