Maddə 44. Ehtiyatda olmağın son yaş hədləri və dərəcələri
44.1. Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək
ehtiyatda olurlar:
Hərbi vəzifəlilərin heyəti
Ehtiyatda olmanın son yaş hədləri
birinci dərəcə
ikinci dərəcə
üçüncü dərəcə
Əsgərlər, matroslar, çavuşlar,
gizirlər və miçmanlar
35 yaş
45 yaş
50 yaş
Kiçik zabitlər
50 yaş
-
55 yaş
Baş zabitlər: mayor və polkovnik-
leytenantlar
50 yaş
-
55 yaş
polkovniklər
55 yaş
-
60 yaş
ali zabitlər
60 yaş
-
65 yaş
44.2. Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün – 50 yaş, gizirlər (miçmanlar) və müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün – 45 yaşdır.
Maddə 45. Toplanışlar keçirilməsi
45.1. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara
çağırılırlar.
45.2. Aşağıdakı hərbi vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər:
45.2.1. birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir
dəfədən çox olmayaraq;
45.2.2. ikinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir
dəfədən çox olmayaraq;
45.2.3. üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə.
45.3. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa
10 günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər.
45.4. Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin qarşısının alınmasında və ya
nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 3
ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər.
45.5. Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilir. Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra
hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
45.6. Ehtiyatda olarkən toplanışlarda olmağın ümumi müddəti 18 aydan çox ola bilməz.
45.7. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda bu
Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər.
45.8. Hərbi vəzifəlilər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışa göndərildikləri gün
toplanışın başlanğıcı, toplanışın başa çatması ilə əlaqədar müvafiq əmr əsasında şəxsi heyətin
siyahısından çıxarıldıqları gün isə toplanışın sonu sayılır.
Dostları ilə paylaş: |