Maddə 42. Həqiqi hərbi xidmətdən istefaya buraxılma
42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar:
42.0.1. yaşa görə – ehtiyatda olmağın son yaş həddinə çatdıqda;
42.0.2. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə
dövründə hərbi xidmətə yararsız sayıldıqda;
[30]
42.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə
və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə;
42.0.4. bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə
cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv edildikdə;
42.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə.
Dostları ilə paylaş: |