[24]
Maddə 29. Hərbi andiçmə
29.1. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş Azərbaycan Respublikasının
vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər.
Hərbi andın mətnini Azərbaycan Respublikasının Milli Məclisi təsdiq edir.
29.2. Hərbi andiçmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə
müəyyən edilmiş qaydada həyata keçirilir.
29.3. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş xidmətinə) təyin
edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika
təhkim oluna bilər.
29.4. Əvvəllər başqa dövlətin silahlı qüvvələrində xidmət etmiş əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil
olarkən hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl
edəcəkləri barədə öhdəlik götürürlər.
Dostları ilə paylaş: |