Hərbi qulluqçular və hərbi vəzifəlilər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit
27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət
27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə
27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və
27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən;
27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə
yetirərkən;
27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar
günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən;
27.1.7. ezamiyyətdə olarkən;
27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən;
27.1.9. toplanışlar keçərkən;
27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən;
27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa);
27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş
qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək;
27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən;
27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və
ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən;
27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması
və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən.
27.2. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud
bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi
xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır:
27.2.1. bu Qanunun 27.1-
ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə
müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından
sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə
əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması;
27.2.2. sərxoş vəziyyətdə olması;
27.2.3. inzibati xətanın və ya cinayətin törədilməsi.
27.3. Hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan və ya qanunvericiliyin tələblərinin pozulmasına
gətirib çıxaran əmr, sərəncam və göstəriş vermək qadağandır. Belə əmr, sərəncam və göstəriş vermiş
komandirlər və rəislər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: