Maddə 16. Mərkəzi çağırış komissiyası
16.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət
etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır:
16.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri;
16.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;
16.1.3. komissiyanın üzvləri.
16.2. Mərkəzi çağırış komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Dostları ilə paylaş: |