Maddə 17. Mərkəzi çağırış komissiyasının vəzifələri
17.1. Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır:
17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar
tibbi müayinəsini təşkil etmək;
17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və
çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək;
17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları
barədə verilmiş şikayətlərə baxmaq.
17
.2. Mərkəzi çağırış komissiyası mübahisəli məsələlər barədə xüsusi yoxlama keçirərkən 20 gün, digər
hallarda isə 10 gün müddətində qərar qəbul etməlidir.
17.3. Mərkəzi çağırış komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər.
Dostları ilə paylaş: |