komissi
yalarının qərarı
15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında
həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə
müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.
15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini
qəbul edir:
15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında;
15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;
15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa
möhlət verilməsi haqqında;
15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;
15.2.5.
həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
[15]
Dostları ilə paylaş: |