Йени дювр
Тарих вя онун проблемляри, №3 2010
51
İKRAM AĞASİYEV
t.e.n. AMEA-nın Tarix İnstitutu,
Qafqaz tarixi şöbəsi
E-mail: ikramagas;yev@mail.ru
XIX ƏSRİN BIRİNCİ YARISINDA QAFQAZ ALMAN KOLONİYALARININ
İQTİSADİ HƏYATININ TƏŞƏKKÜLÜ
Açar sözlər: kolonist, Petersdorf, uyğunlaşma, sənətkarlıq, ticarət, təbəə, Yelenendorf, ipək
Ключевыслова: колонисты, Петерсдорф, адаптация, ремесло, торговля, подданный,
Еленендорф, щёлк
Keywords: colonists,Petersdorf,adaptation,handicraft,trade,citizen,Helenendorf,silk
XIX əsrin birinci yarısında Qafqaz almanlarının iqtisadi həyatının
təşəkkülü Qafqaz
regionunun iqtisadi və siyasi həyatında baş verən hadisələrlə sıx əlaqəli olmuşdur.Hələ Qafqaz
Rusiya tərəfindən işğal edilməmişdən öncə bu regionun təbii sərvətlərinin ələ keçirilməsi və istismar
olunması, ümumiyyətlə Qafqazı Rusiya sənayesi üçün xammal bazasına çevirmək kimi ideyalar irəli
sürülmüş, hətta bu istiqamətdə praktiki addımlar atılmışdı.
XIX əsrin 20-ci illərində çar hökumətinin Qafqaza qarşı apardığı iqtisadi siyasətin əsas məqsədi
Qafqazı «Rusiyadan manufaktura məmulatları alan» və Rusiya «fabrikləri üçün xam material verə-
cək müstəmləkəyə» çevirməkdən ibarət idi. Bu siyasət sonralar Qafqazdakı iqtisadi dəyişikliklərin, o
cümlədən çoxsaylı alman-kolonist təsərrüfatlarının inkişaf istiqamətlərini müəyyənləşdirdi. Alman
kolonistlərini Rusiyada, o cümlədən Qafqazda yerləşdirməklə çar hökuməti onların vasitəsilə
sənətkarlığın, ticarətin, ayrı-ayrı kənd təsərrüfatı sahələrinin inkişafına nail olmaq, kolonistlərin
simasında xüsusi mülkiyyətçi təbəqəsini formalaşdırmaq, yeni təsərrüfatçılıq metodlarını tətbiq
etməklə cəmiyyətə Avropa mədəniyyətini aşılamaqdan ibarət idi. Hələ 12 dekabr 1801-ci il tarixdə
çar I Aleksandrın imzaladığı fərmana görə dövlət kəndlilərinə, o cümlədən əcnəbi kolonistlərə xüsusi
mülkiyyətə torpaq sahəsi almaq üçün geniş imkanlar açıldı. Çarın 20 fevral 1803-cü il tarixində
imzaladığı «Azad əkinçilər haqqında» fərmanı da kəndlilər və kolonistlər arasında xüsusi
mülkiyyətçilərin formalaşmasına xidmət edirdi(1,s.462-463).Çar hökumətinin siyasəti əcnəbi
kolonistlərin dövlət torpaqlarında yerləşdirilməsinə yönəlmişdi ki, onlar iqtisadi, hüquqi, şəxsi
cəhətdən daha çox sərbəst olsunlar, mülkədarlardan asılı vəziyyətə düşməsinlər. Ancaq Rusiyaya
axışan kolonist kütlələrinin sayının artması dövlət torpaq fondunda defisit yaratdı və yeni köçmüş
mühacirlərin torpaqla təmin olunması məqsədilə 25 avqust 1817-ci il tarixində I Aleksandr «Əcnəbi
kolonistlərin xüsusi mülkiyyət torpaqlarında yerləşdirilməsinə yardım haqqında» fərman imzaladı.
Bu fərmana görə II Yekaterina tərəfindən əcnəbi kolonistlərə verilən bütün hüquqlar və imtiyazlar
bir daha təsdiq olundu.
Qeyd etmək yerinə düşərdi ki, torpaq təminatı məsələsində Qafqazda məskunlaşan kolonistlər
Rusiyanın Qara dəniz sahili regionlarında məskunlaşan kolonistlərlə müqayisədə o qədər də geniş
hüquqlara malik deyildilər. Məsələn, Novorossiyada 15 iyun 1764-cü il fərmanına əsasən hər
kolonist ailəsinə 60 des. torpaq verilmişdi. Bundan savayı, hər koloniyanın ixtiyarında «ehtiyat
sahələr» var idi ki, bu rezevr sahələrin hesabına gələcəkdə yaranacaq torpaq çatışmazlığı aradan
qaldırılması nəzərdə tutulurdu. Ancaq nə Şimali, nə də Cənubi Qafqazda kolonistlərin torpaqla
təminatı məsələsində vahid yanaşma yox idi. Burada koloniyaya ayrılan torpağın sahəsi koloniyada
yaşayan əhalinin sayından deyil, ayrı-ayrı təsərrüfatların sayından asılı idi. Bundan savayı, hər ailəyə
ayrılan pay torpağının miqdarı koloniyanın yerləşdiyi regionun coğrafi xüsusiyyətlərindən, burada