Йени дювр
Тарих вя онун проблемляри, №3 2010
53
növbəli istifadə sistemi tətbiq olunurdu. Müasirlərin yazdığına görə adı çəkilən koloniyaların
yerləşdiyi ərazilərdə torpaqlar o qədər münbit idi ki, hətta eyni sahədən fasiləsiz 6-8 il istifıadə etmək
mümkün olurdu. Qafqazda mövcud olan əkinçilik koloniyalarında məhsuldarlıq torpaqla yanaşı, ilk
növbədə əkin sahələrinin su təchizatı ilə sıx bağlı idi.Marienfeld və Petersdorf koloniyalarında
əkinçilik suvarma xarakteri daşıdığından bu koloniyaların sakinləri su çatışmazlığından daha çox
əziyyət çəkirdilər. Üzümlüklərin, bostanların və qarğıdalı sahələrinin suvarılması üçün koloniya
ərazisində su mənbələrinin olmadığından bu koloniyalara Qabırrı (İori) çayından su kanalının
çəkilməsinə zərurət yaranmışdı.1840-cı ilin aprelində Marienfeld və Petersdorf kolonistləri Gürcü-
İmeretiya qubernatoruna ünvanladıqları xahişnamədə İori çayından suvarma kanalının çəkilişinə
icazə istəyirdilər. Kolonistləri narahat edən əsas məsələ kanalın keçəcəyi Sartiçala kəndinin əhalisini
razı salmaq idi. Bu məsələ ilə bağlı Sartiçala kəndinin azərbaycanlı əhalisi ilə kolonistlər arasında
münaqişələr yaranırdı, çünki kanalın əsas hissəsi azərbaycanlıların torpaqlarından keçdiyi üçün
onların əkin sahələrinə ziyan dəyir, sahələr yararsız hala düşürdü.
1842-ci ilin fevralında Gürcü-İmeretiya Dövlət Əmlak Palatası kolonistlərin xahişini nəzərə
alaraq onlara İori çayından kanal çəkilişinə icazə verdi və sənəddə göstərilirdi ki, «kanal ondan
istifadə edənlərin öz şəxsi hesablarına çəkilməlidir». Kanalın çəkilişi 1843-cü ildə başa çatdı və kanal
azərbaycanlıların yaşadığı Sartiçala kəndindən keçdiyi üçün suyun 5/10 hissəsindən azərbaycanlılar,
4/10 hissəsindən Marienfeld və 1/10 hissəsindən Petersdorf kolonistləri istifadə etmək hüququna
malik idilər. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun göstərişi ilə hələ XVIII əsrin
sonlarında çar İrakli tərəfindən çəkilən köhnə su kanalı bərpa edildi(4,v.80).
Gürcüstandakı Yelizavettal, Yekaterinenfeld və Azərbaycanda yaranan Yelenendorf,
Annenfeld koloniyalarında üzümçülük və şərabçılıq inkişaf etmişdi. Üzümlüklər, əsasən, dəmyə
ərazilərində salındığından onların su ilə təchizatında problemlər yaranmırdı. Onlar həm təbii, həm
də süni şəkildə suvarılırdılar. Üzümçülük bu koloniyalarda hələ 1820-ci illərdən başlamışdı və ilk illər
kolonistlər yerli-Qafqaz üzüm sortlarının yetişdirilməsi ilə məşğul olurdular. XIX əsrin birinci
yarısında Cənubi Qafqaz koloniyalarında ən çox yayılan üzüm sortu ənənəvi olaraq Kaxetiyada
yetişdirilən Tarkveri sortu idi. Bu sortdan alınan qatı, qırmızı şərab Qafqaz bazarlarında yüksək
qiymətləndirilirdi.Məskunlaşdıqları ilk illərdə kolonistlərin üzümçülük və şərabçılıqda nailiyyətləri o
qədər də nəzərə çarpacaq deyildi: məhsuldarlıq çox aşağı idi, məhsul yetişməmiş quruyur və yaxud
yetişmə prosesi yarımçıq qalırdı. İldən ilə bu halın təkrarlanması kolonistlərin maddi durumuna
mənfi təsir edirdi və yalnız yerli azərbaycanlı əhalinin köməyi ilə kolonistlər bu problemi həll etdilər:
azərbay-canlıların tətbiq etdiyi çiçəklənmə dövrü cır üzüm (qora) çiçəyi ilə üzümün tozlandırılması
metodu alman koloniyalarında məhsuldarlığın artmasına müsbət təsir göstərdi.Üzümçülüklə məşğul
olan koloniyalarda əlavə təsərrüfat növləri ilə də məşğul olurdular – əkinçilik, arıçılıq, heyvandarlıq
koloniyaların daxili tələbatının ödənilməsinə xidmət edirdi. Bəzi epizodik hallarda kolonistlər artıq
məhsullarını qonşu kəndlərin sakinlərinə satırdılar.
Cənubi Qafqazda heyvandarlıq üzrə ixtisaslaşan yeganə koloniya – Aleksandersqilf koloniyası
aid idi. Bütün koloniyalardan ayrıca yerləşən bu «törəmə» koloniya XIX əsrin ortalarında
Yelizavettal koloniyasından 38 aztorpaqlı kolonist ailəsinin Tsalka adlı yerə köçürülməsi ilə
yaranmışdı. Çoçian adlı bu sahədə torpaq əkinə yararlı olmadığından Aleksandersqilf kolonistləri
heyvandarlıqla məşğuliyyətə üstünlük verdilər. Əlavə təsərrüfat sahəsi kimi çox məhdud miqyasda
əkinçiliklə, bostançılıqla, bağçılıqla məşğul olurdular və bu sahələr onların daxili tələbatının
ödənilməsinə yönəlmişdi. Bu koloniyada üzümçülük ümumiyyətlə inkişaf etməmişdi. Həm Şimali
Qafqaz, həm də Gürcüstandakı alman koloniyalarında heyvandarlığın inkişafı XIX əsrin ikinci
yarısı - XX əsrin əvvəllərinə təsadüf edir. Ümümiyyətlə, XIX əsrin birinci yarısında Qafqazın alman
koloniyalarında təsərrüfat həyatı təşəkkül mərhələsini yaşayırdı: koloniyalarda məqsədyönlü şəkildə
əmtəə istehsalı yox dərəcəsində idi, bazarla əlaqələr müvəqqəti, fraqmentar xarakter daşıyırdı. Bir
çox koloniyalar nəinki artıq məhsul istehsal edir, hətta özləri yoxsulluqda yaşayır və tez-tez rəsmi
dövlət orqanlarına maddi yardım göstərilməsi xahişi ilə müraciət edirdilər.
|