7. Kargüzarlıq işçilərinin iş şəraitinin təşkilinə olan tələblər
Fasiləsiz olaraq dövlət aparatının fəaliyyətinin düzgün təşkili sənədləşdirmə
xidmətinin iş şəraitindən asılıdır. Kargüzar heyətinin işinin səmərəli təşkili aşağıdakı
tələblərə uyğunlaşmalıdır;
- kargüzarlıq xidmətinin təşkilati quruluşunun daimi yeniləşməsi;
- kargüzarlıq işçiləri ilə aparat işçiləri arasında əlaqələrin təşkili;
- kargüzar xidmətinin tərkib sayının müəyyənləşməsi;
- əməkdaşların iş yerlərinin səmərəli təşkili və müntəzəm yeniləşən kompyuter
proqramlan ilə təmin olunması. Kargüzarlıq xidməti işçilərinin sayı təyin olunmuş
normativlər əsasında təsdiqlənir. İş yeri kargüzarlıq xidməti üzrə vəzifəni yerinə
yetirmək üçün lazımi vəsaitlərlə təmin olunmuş, bir və ya bir neçə icraçının əmək
zonasıdır. İdarə, müəssisə və təşkilatlarda kargüzarhğın sənədləşmə hissəsinin
təşkilində kargüzar işçisinin əməyi böyük əhəmiyyətə malikdir. Buna görə də
kargüzar işçisinin əməyinin təşkili üçün bütün şəraiti yaratmaq lazımdır. Kargüzar
işçisi üçün ilk növbədə ayrıca otaqda iş yeri müəyyən edilməlidir. İş otağı stol, stul,
komp)nıter və ya yazı makinası, telefon, sənədləri yığmaq üçün dolab və kartoteka
qutulan ilə təmin olunmalıdır. Kargüzar işçisini müntəzəm olaraq kağız, qələm,
surətçıxaran, təqvim, telefon nömrələri, qovluq, xətkeş, rezin, yapışqan, kağızdeşən,
sancaq, skoç, blank, künc ştampı, müxtəlif dəftər və qeyd kitablan və s. dəftərxana
ləvazimatı ilə təmin etmək lazımdır. Qiymətli sənədləri, möhür, ştamp, blankları
saxlamaq üçün xüsusi seyf olmalıdır. Kargüzar və dəftərxana işçisinin otağı təmiz,
səliqəli olmalı və ona lazım olan bütün dəftəxana avadanlıqlan əlinin altında
yerləşdirilməlidir. Kargüzarm stulu hər tərəfə rahat hərəkət etməli və stolunun bir
neçə daxılı olmalıdır ki, bu daxıllarda icrada olan sənədləri və kağız qovluqlarını
səliqə ilə yerləşdirə bilsin. Dəftərxana işçilərinin bilik və ixtisasının artırılması üçün
vaxtaşırı olaraq məşğələlər keçirilməlidir. İdarə, müəssisə və təşkilatlarda
kargüzarlığm sənədli hissəsinin təkmilləşdirilməsi sənədlərlə işləmədə qabaqcıl
forma və metodların tətbiq edilməsi yolu ilə həyata keçirilir. Kargüzarlıq xidmət
sahəsində iş prosesini yüksəltmək məqsədi ilə kargüzarlıq proseslərinin
mexanikləşdirilməsi və kompyuterləşməsi yeni proqramlarla işləmə qaydası tətbiq
edilir. Məsələn, sənədlərin surətlərinin çoxaldılması skanner, kseroks və ya mətbəə
üsulu ilə aparılır. Kargüzarlıq proseslərinin avtomatlaşdırılması bütövlükdə idarəetmə
əməyinin təkmilləşdirilməsi işi ilə eyni zamanda həyata keçirilir. Ən çox operativliyə
nail olmaq üçün kompleks mexanikləşdirmə tətbiq edilir ki, bu da daxil və xaric olan
sənədlər və daxili sənədlərlə aparılan əməliyyatlann bütün ardıcıhqla yerinə
yetrilməsinə gətirir. Kargüzarlığm mexanikləşdirilməsi üçün lazımi vasitələrin tərkibi
və miqdan kargüzarlıq işlərinin həcmindən və xarakterindən asılı olaraq müəyyən
edilir. İdarələrdə sənədlər dövriyyəsinin həcminə uyğun olaraq tətbiq edilən texniki
vasitələrin dəstləri vahid kargüzarlıq sisteminin əsas qaydalannm tövsiyyələrinə
əsasən seçilir. Ədliyyə və məhkəmə orqanlannda kargüzarhq xidməti işçiləri müxtəlif
növ məlumat materiallan ilə təmin olunmalıdırlar.
Dostları ilə paylaş: