Kartoqrafiya
Ə
hlimanov R.M.
qlobus hazırda Leninqradda M.V.Lomonosov adına muzeydə saxlanılır. 1889-cu ildə
Parisdə ümumdünya sərgisində diametri 12,75m, ağırlığı isə 10ton olan qlobus müşahidə
edilmişdir. Belə böyük qlobuslar çox nadir hallarda düzəldilir, çünki bunların istər
hazırlanması, istərsə də istifadəsi çox çətinlik törədir. XIX əsrdən başlayaraq kiçik
ölçülü tədris qlobusları hazırlanır.
SSRİ-də qlobuslar Baş Geodeziya və Kartoqrafiya İdarəsinin fabriklərində
düzəldilir.
Öz növlərinə görə qlobuslar çox müxtəlif olur. Bunlardan ən çox yayılanı fiziki və
siyasi qlobuslardır. Fiziki qlobuslarda əsasən relyef və hidroqrafiya, siyasi qlobuslarda
isə dünyanın siyasi bölgüsü, ayrı-ayrı dövlətlər və s. təsvir edilir. Tək-tək hallarda
geoloji, iqlim, relyef və s. qlobuslar da hazırlanır. Tədris işlərində miqyası 1:30 000 000,
1:50 000 000 və 1:80 000 000 olan qlobuslar daha çox işlədilir.
Qlobus coğrafiya dərslərində çox əhəmiyyətli bir vəsait olub, yerin kürə şəklində
olmasını əyani olaraq nümayiş etdirir, yer oxunun, qütblərin, ekvatorun, paralellərin,
meridianların, həmçinin yer səthinin ayrı-ayrı hissələrinin (dənizlərin, qitələrin və s )
yerləşməsi və böyüklüyü haqqında düzgün təsəvvür yaradır. Qlobusun miqyasını bilərək
onda ayrı-ayrı coğrafi obyektlərin uzunluğu və sahəsini ölçmək və bir çox başqa
məsələlər həll etmək olar.
Dostları ilə paylaş: |