Kartoqrafiya
Ə
hlimanov R.M.
1-ci şəkildə eyni bir ərazinin aerofotoşəklini və xəritəsini müqayisə etdikdə
kartoqrafik şərti işarələrin xüsusiyyətlərini aydın görmək olar. Burada müəyyən
hündürlükdə təyyarədən görülən yer səthinin əsl şəkli xəritədə həndəsi xarakterli təsvirlə
ə
vəz edilmişdir. Göründüyü kimi, kartoqrafik şərti işarələr Yer səthi obyektlərinin bir
çox fərdi xüsusiyyətlərini elə bil pozur, bununla da təsvivi sadələşdirir və xəritənin
yükünü azaldır.
Kartoqrafik şərti işarələrin istifadə edilməsi böyük ərazi sahələrini, hətta bütün yer
səthini bir baxışla əhatə etmək üçün təsviri çox kiçiltməyə imkan verir.
3. Xəritədə təsvir ediləb obyekt və hadisələrin kartoqrafik generalizasiyası.
Miqyasın kiçilməsi ilə əlaqədar olaraq daha xırda təfsilatın xəritədə təsvir edilməsi
mümkün olmadığı üçün bunlardan bəziləri atılır, konturların, xətlərin kiçik əyriləri isə
ümumiləşdirilir (düzləşdirilir). Xəritənin təsvirində olan həmin proses kartoqrafik
generalizasiya adlanır.
Beləliklə, göstərilən xüsusiyyətləri nəzərə alaraq coğrafiya xəritəsinə belə tərif
vermək olar.
Yer səthinin kiçildilmiş, ümumiləşdirilmiş və müəyyən bir kartoqrafik
proyeksiyada şərti işarələrlə təsvirinə coğrafiya xəritəsi deyilir.
Lakin həmin tərif yer səthini (su obyektlərini, relyefi, bitki örtüyünü, yollar
şə
bəkəsini, sərhədləri və s. obyektləri ) xarakterizə edən xəritələr üçün düzgün sayıla
bilər. Belə xəritələr ümumcoğrafi xəritələr adlanır. Yer səthinin mükəmməl təsvirini
göstərən topoqrafik xəritələr ümumcoğrafi xəritələrə aiddir.
Xəritədə yerin fiziki səthindən əlavə bir sıra müxtəlif təbii və ictimai-iqtisadi
obyekt və hadisələrdə təsvir olunur. Bu qrup xəritələrdə müxtəlif xüsusi ( geoloji, iqlim,
sənaye, etnoqrafik və s.) xəritələr aiddir.
Beləliklə, coğrafiya xəritəsi yer səthinin kiçildilmiş, ümumiləşdirilmiş və müəyyən
bir kartoqrafik proyeksiyada şətri işarələrlə təsviri olub, müxtəlif təbii, ictimai-iqtisadi
obyekt və hadisələrin bir-birilə qarşılıqlı əlaqədə yerləşməsini göstərir.
Melikov Behruz
|