Coğrafiya xəritələri bir çox təcrübi və elmi işlərdə mühüm əhəmiyyətə malikdir.
Xəritə, coğrafiyanın ikinci dilidir. Kitablardakı coğrafi təsvirlər nə qədər mükəmməl
Məşhur okeanoqraf və kartoqraf akademik Y.M.Şokalski 1933-cü ildə Birinci
Ümumittifaq coğrafiya qurultayında demişdir ki, xəritə hamıya: alimə, kalxozçuya,
Kartoqrafiya
Ə
hlimanov R.M.
Xəritə yer səthində olan qurunun, suyun, ayri-ayri ölkələrin və s. obyektlərin
sahəsi, yerləşməsi və forması haqqında əyani təsəvvür yaradır. Bundan başqa xəritə yer
səthində olan müxtəlif hadisələrin dəyişməsini. Bir-biri ilə əlaqəsini və s.
xüsusiyyətlərini öyrənmək üçün mühüm bir vasitədir.
Kartoqrafiyanın tarixindən məlumdur ki, xəritələrin düzəldilməsi təcrübi işin tələbi
ilə meydana gəlmişdir.
Ölkəmizdə təsərrüfatın planlı sürətdə inkişafı ilə əlaqədar olaraq xəritənin
ə
həmiyyəti daha böyükdür. Təbi sərvətlərin axtarılması və istifadəsi, məhsuldar
qüvvələrin səmərəli surətdə coğrafi yerləşdirilməsi, yeni torpaqların mənimsənilməsi və
xalq təsərrüfatının bir çox başqa sahələri vətənimizin dəqiq və hərtərəfli öyrənilməsini
tələb edir ki, bu da yüksək keyfiyyətli xəritə olmadan mümkün deyildir.
Böyük və orta miqyaslı ümumcoğrafi xəritələr bir çox layihə (inşaat, yol,
hidrotexnika, meliorasiya, kənd təsərrüfatı və s), hərbi və elmi tədfqiqat işlərində geniş
surətdə istifadə olunur.
Bir çox xəritələrdən (xüsusən, kiçik miqyaslı fiziki, siyasi, inzibati vəs. xəritələr)
mədəni quruculuq və kütlələrin ümumi təhsilinin artırılması işlərində geniş istifadə
edilir. Xəritələrin məktəblərdə tədris prosesində əhəmiyyəti xüsusilə böyükdür.
Geomorfolojoi, geoloji, hidroloji, torpaq və s. elm sahələrində aparılan xüsusi tədqiqtlar
nəticəsində çoxlu faktiki material toplanılır. Bu materialların coğrafi xəritələr üzərində
təsvirini, ayrı-ayrı obyekt və hadisələrin (yer səthinin relyefi geoloji quruluşu, çayların
axımı və s.) yerləşməsinin qanunauyğunluğunu, əlaqəsini və s. xüsusiyyətlərini
öyrənmək və dərk etmək üçün xəritə böyük əhəmiyyətə malikdir. Ona görə də ayrı-ayrı
fiziki-coğrafi xəritələr müəyyən tədqiqat işlərini nəticəsi olub, gələcək tədqiqat işlərinin
aparılması üçün də istifadə edilə bilər məs, təbi rayonlaşma xəritələri fiziki-coğrafi
xəritələrin əsasında tərtib edilir.
Bundan başqa xəritələr üzrə (xüsusən böyük miqyaslı xəritələr üzrə) aparılan ölçmə
işlərinə əsasən bir sıra morfometrik göstəricilər (yer səthinin orta yüksəkliyi, meyl
Melikov Behruz