Microsoft Word forma muhazire docx



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#41760
1   2   3   4   5   6   7   8   9   ...   22
kartoqrafiya

Kartoqrafiya 

Ə

hlimanov R.M. 

 

Hər  hansı  bir  ərazinin  xəritəsini  tərtib  etmək  üçün  əvvəlcə  çöl  işləri  aparmaq 



lazımdır.  Bu  çöl  işləri  isə  müxtəlifr  geodeziya,  topoqrafiya,  aerofototopoqrafiya, 

planalma və nivelirləmə işlərindən ibarətdir. Hazırda topoqrafik xəritələr demək olar ki, 

tamamilə aerofotoplanalma üsulu ilə tərtib olunur. 

Kiçik miqyaslı coğrafiya xəritələrinin tərtibi üçün bilavasitə çöl işləri aparılmır; bu 

məqsədlə nisbətən böyük miqyaslı kartoqrafik materiallardan istifadə olunur. 

Yer  səthini  göstərən  digər  kartoqrafik  təsvirlər:  qlobuslar,  müxtəlif  relyef 

modelləri,  blok-diaqramlar  coğrafiya  xəritəsinin  iki  xüsusiyyətini  –  kartoqrafik 

generalizasiyanı  və  kartoqrafik  şərti  işarələri  özlərində  saxlayır,  lakin  riayzi  qurulma 

üsullarına görə xəritədən fərqlənirlər. Belə kii, yerin modeli olan qlobusun qurulmasında 

kartoqrafik  proyeksiya  istifadə  edilmir.  Relyef  modelləri  (  relyef  xəritələri)  üçölçülü 

təsvir  olub,  yer  səthinin  nahamarlığı  haqda  təsəvvür  yaradır.  Blok  –  diaqramlar  (  yer 

qabığının  kəsilişi  ilə  birlikdə)  yer  səthini  perspektiv  təsvirdə  göstərən  müstəvi 

şə

killərdir. 



Ay  və  başqa  planetlərin  xəritələri  öz  xüsusiyyətlərinə  görə  coğrafi  xəritələrə 

oxşardır,  lakin  onlarda  təsvir  olunan  obyektlər  başqadır.  Bu  xəritələr  başqa  məqsəd 

güdürlər  və  onların  tərtibində  xüsusi  kartoqrafik  şərti  işarələr  sistemindən  istifadə 

olunur. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin