115
– hər il yanvar vəziyyətinə əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına,
mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitriovka,
iqtisadi qiymətləndirmə) dair ilkin hesabatları tərtib edir;
– torpaq vergisi dərəcələrinin müəyyənləşdirilməsi üçün kadastr qiymət rayonları və ora daxil olan
inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla
şərti balları müəyyənləşdirir, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə və torpaqlardan
səmərəli istifadə olunması və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər
hazırlayır;
– münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına
(konservasiyasına) dair təkliflər verir, torpaqların münbitliyinin bərpası, artırılması və onların mühafizəsi üzrə
investisiya proqramlarının ekspertizasını həyata keçirir, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə
cəlb edilməsi
barədə təkliflər verir;
– torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət
ekspertizasını aparır, o cümlədən şəhər və qəsəbələrin baş planlarının, rayonların perspektiv planlaşdırılması
sxemlərinin və digər layihələrin torpaqla əlaqədar hissələrini araşdırır və müvafiq rəylər verir;
– müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, arqokimya, qeobotanika və digər axtarış
işlərinin aparılmasını təşkil edir;
– çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya
edilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir;
– torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ edir, torpaq bazarını tənzimləyən
rəsmi məlumatların müntəzəm toplanmasını, xüsusi bülletenlər və kütləvi informasiya vəsaitləri ilə
açıqlanmasını, habelə torpaq bazarının fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində digər
tədbirlər görür;
– müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması məqsədilə lazımi kadastr-planaalma
işləri həyata keçirir;
– qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya
hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparır, habelə müvafiq texniki sənədləri tərtib edir
və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verir;
– Azərbaycan Respublikası ərazisində baş verən dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi
və məlumat xəritələrində olan bütün dəyişikliklərin yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin edir;
– Azərbaycan Respublikasının inzibati ərazi ölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər
tipli qəsəbələr və
digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən edir və xəritələşdirilməsini həyata
keçirir;
– vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və başqa yaşayış
məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı
topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planaalmasını həyata keçirir;
– Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi ilə razılaşdırmaqla aerofotoplanaalma işlərini həyata keçirir və digər təşkilatları həmin məlumatlarla
müəyyən olunmuş qaydada təmin edir;
116
– Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya,
kartoqrafiya, hidroqrafiya və digər işləri həyata keçirir;
– torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya istinadın yaradılması,
topogeodeziya, kartoqrafiya və kadastr plan və xəritələrinin tərtibatı, yeniləşdirilməsi və təminatı işlərini həyata
keçirir;
– geodeziya və karoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthini,
torpaq və bitki
örtüyünü tədqiq edir;
– qanunvericiliyə uyğun olaraq geodeziya və kartoqrafiya üzrə xüsusi təminatlı cihaz və avadanlıqların
idxalına və icracına nəzarət məqsədilə
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini müvafiq
metodik sənədlərlə, mütəmadi olaraq həmin cihaz və avadanlıqların siyahıları ilə təmin edir;
– ölkə ərazisində aparılan dövlət torpaq kadastrı, monitorinqi, yerquruluşu, geodeziya və kartoqrafiya
işlərinin nəticələri və kartoqrafiya təminatı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə mütəmadi
olaraq məlumatlar verir, habelə dövlət kadastrı məlumatlarını qanunvericiliklə müəyyən edilmiş qaydada
Dostları ilə paylaş: